Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

11 iyun 2024 | 17:07

Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda  tədbir keçirilib.

 İnsan hüquqları aylığı ərəfəsində keçirilən tədbirdə çıxış edənlər zərərli vərdişlərin insan orqanizminə və həyatına, ümumilikdə cəmiyyətə göstərdiyi mənfi təsirlər barədə şagirdlərə məlumat verib. Bildirilib ki, belə hallara qarşı mübarizədə nəinki hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür.

Keçidlər