Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda "Yaşıl Dünyada Steam" festivalı keçirilib

14 iyun 2024 | 18:40

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin təşkilatçılığı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Rayon Təhsil Sektorunun və İsmayıllı STEAM Mərkəzinin dəstəyi ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən "Yaşıl dünyada STEAM" festivalı keçirilib.

İsmayıllı rayonunun mərkəzi meydanında keçirilən festivalda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi, İsmayıllı Rayon Təhsil Sektorunun kollektivi, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.

Festivalda İsmayıllı rayonun STEAM tədris olunan məktəblərinin komandaları müxtəlif kateqoriyalar üzrə yarışaraq öz bacarıqlarını nümayiş etdiriblər. Festivalda şagirdlərin hazırladıqları fləşmob, əl işlərindən ibarət sərgi nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib.

Keçidlər