Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda növbəti nümayəndə günü keçirilib

09 iyul 2024 | 16:19

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun, İƏD üzrə nümayəndələrin, iştirakı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında növbəti “Nümayəndə günü” keçirilib.

Gündəlikdə duran məsələlərin əsasını parlament seçkilərinə hazırlıqlar, taxıl və ot biçini ilə əlaqədar ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhali arasında maarifləndirici tədbirlərin aparılması, İƏD üzrə nümayəndəliklərin ərazilərində qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, Dövlət Statistika Komitəsinin ev təssərrüfatlarının uçotu kitabı üzrə elektron sistemində mövcud olan çatışmazlıqların aradan qaldırılması, habelə nümayəndəliklərin ərazisində təmizlik, abadlıq işlərinin görülməsi eləcə də cari məsələlər təşkil edib.

Qeyd olunan məsələlərlə əlaqədar İƏD üzrə nümayəndələrə vətəndaşlarla maarifləndirici görüşlərin keçirilməsi və mövcud problemlərin vaxtında aradan qaldırılması barədə tapşırıqlar verilib.

Keçidlər