İsmayıllıda növbəti təmizlik aksiyası keçirilib
27 iyul 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonu Qalacıq kəndində (Göyçay çayının kənarında) 2 hektar sahədə növbəti təmizlik aksiyası keçirilib.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şahdağ Milli Parkının, Şirvan Regional Hidrometeorologiya Müəssisəsinin və Qalacıq İƏD üzrə nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak edib. Aksiyada 420 kq çəkidə bərk məişət tullantısının təmizlənməsi təmin edilib, toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə Poliqona daşınıb.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.