İsmayıllıda əmək yarmarkası təşkil edilib
09 avqust 2024 | 15:28
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının təşkilatçılığı və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 08 avqust 2024-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev parkında əmək yarmarkası keçirilib.
Əmək yarmarkasında rayonda fəaliyyət göstərən 16 işəgötürən tərəfindən 200-dən çox vakansiya təqdim olunmuş, 300 nəfər işsiz və işaxtaran şəxs iştirak etmişdir.
Yarmarkada həmçinin, vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib.