Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib

14 avqust 2024 | 14:25

Avqustun 13-də İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın  Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, İsmayıllı şəhər (2) məscidinin imamı Röya Balayev, İsmayıllı rayonu İvanovka kəndi "Molokan-ruhani-xristian" dini icmasının sədri  Sergey Kazakov, eləcə də din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin uğurla həyata keçirildiyindən danışılıb. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında öz fəaliyyəti ilə müstəsna rol oynadığı və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisi olduğu da qeyd edilib.

Tədbirdə DQİDK-nın sifarişi ilə hazırlanan “Həmrəyliyimiz, milli birliyimiz” adlı videoçarx nümayiş etdirilib.

Keçidlər