İsmayıllıda Mülki Müdafiənin kompleks yoxlama işlərinin təşkili çərçivəsində görüş keçirilib
İsmayıllıda İsmayıllı Rayon İcra Hakimiyyətinin və FHN Şimal-qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Mülki Müdafiənin kompleks yoxlama işlərinin təşkili çərçivəsində görüş keçirilib.
Görüşdə RİH-nin əməkdaşı, FHN Şimal-qərb Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik-leytenant Eldəniz Mehdiyev, Mülki Müdafiyəyə hazırlıq şöbəsinin baş zabiti mayor Sarvan Əsədov, kapitan Asif Atakişiyev, idarə, müəsissə rəhbərləri, İƏD üzrə nümayəndələr iştirak edib.
Çıxış edənlər fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə işinin təşkili və bu sahədə tədbirlərin icra vəziyyətindən danışıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin vacibliyindən bəhs ediblər. Qeyd edilib ki, rayon ərazisində olan qüvvələrin mülki müdafiəyə hazırlıq səviyyəsinin daha da yüksəldilməsi, əhalinin maarifləndirilməsi və digər mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.