Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

04 oktyabr 2024 | 21:07

İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Təhsil Sektorunun təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Nahid Bağırov və bir qrup təhsil işçiləri iştirak edib.

RİH başçısı Nahid Bağırov və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

N.Behdiyev adına 6 saylı tam orta məktəbdə davam etdirilən tədbirdə RİH başçısının müavini Sevil Əhmədova əlamətdar gün münasibətilə bütün müəllimləri təbrik edərək, onlara xoş arzularını çatdırıb, çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.

Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edilib.

Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.

Təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.

Keçidlər