Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Azərbaycan gəncliyi Dövlət müstəqilliyi və suverenliyi yollarında” mövzusunda forum keçirilib

07 fevral 2025 | 14:11

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Azərbaycan gəncliyi Dövlət müstəqilliyi və suverenliyi yollarında” mövzusunda Dağlıq Şirvan Regionuna daxil olan rayon gənclərinin iştirakı ilə Regional forum keçirilib.

Forum öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi  və Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub,önünə gül gəldəstələri qoyulub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin hazırladığı, gənclərə diqqət və qayğını özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin keçirilməsində məqsəd “2 Fevral-Azərbaycan Gəncləri Günü”nün və “Konstitusiya və Suverenlik İli” nin  qeyd olunması,ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğını gənclərimizin diqqətinə çatdırmaq, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksədilməsi olub.

Keçidlər