Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 15 İyun – Qurtuluş Günü qeyd olunub

14 iyun 2025 | 10:17

İsmayıllı rayonunda 15 İyun – Qurtuluş Gününə həsr olunmuş “Milli birlikdən tarixi uğura” mövzusunda geniş tədbir keçirilib.

Tədbirdə rayon rəhbərliyi, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçirilmiş. Sərgidə Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materiallar təqdim edilib. İştirakçılar həmçinin, Azərbaycanın xilaskarı haqqında sənədli filmi izləyiblər.

Tədbirin davamı dəyirmi masa arxasında baş tutub. Çıxışçılar Heydər Əliyevin Azərbaycanı ağır böhranlı vəziyyətdən çıxarmasından, müstəqilliyin qorunub saxlanılmasındakı rolundan və bugünkü inkişafın təməlini qoymasından danışıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Keçidlər