Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

03 oktyabr 2025 | 15:06

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, təhsil sektorunun nümayəndələri,  müəllimlər və veteran təhsil işçiləri iştirak ediblər.

Tədbirdən əvvəl RİH başçısı Nahid Bağırov və iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir cənab Prezident tərəfindən yeni açılmış “Talıstan” liseyinin binasında davam etdirilib. İcra başçısı Nahid Bağırov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara bu çətin və eyni zamanda şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin xalqımızın çətin günlərində qələmini silaha dəyişərək döyüşə atılan Famil müəllimi hörmətlə yad edib və onun vətənpərvərliyini, dövlətə sədaqətini xüsusi vurğulayıb.

Çıxışlarda bildirilib ki, müəllim adı xalqımızın milli təfəkküründə hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmət və ehtiramla anılıb.

Tədbirin sonunda təhsilin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup müəllim fəxri fərman və hədiyyələrlə təltif olunub.

Vurğulanıb ki, təhsil sahəsində əldə olunan uğurlar Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir.

Keçidlər