Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 3 Dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

03 dekabr 2022 | 14:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 3 Dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə bir qurup sağlamlıq imkanları məhdud olan insanlarla görüşüb.

RİH-də təşkil olunan görüşdə rayon rəhbəri Nahid Bağırov 3 Dekabr - Beynəlxalq Əlillər Gününün Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunduğunu vurğulayaraq, əlillərə daim dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib. Möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini diqqətə çatırıb.

RİH başçısı çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Əlilliyi olan şəxslər üçün cənab Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir. İsmayıllıda da əlillərlə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə diqqət yetirilir. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Tədbirdə iştirak edən əlillər çıxış edərək ölkədə əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyi, dövlət tərəfindən hər zaman onların diqqət mərkəzində saxlanıldığını vurğulayaraq səmimi görüşə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Sonda bu gün ad günü olan İlham Dadaşov ad günü münasibətilə təbrik edilib, tort kəsilib.

Keçidlər