Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Zəfər Marafonu” keçirilib

08 noyabr 2025 | 13:56

07 noyabr 2025-ci il tarixində "8 Noyabr – Zəfər Günü” münasibətilə İsmayıllı şəhərində “Zəfər Marafonu” keçirilib. Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Sektoru, İsmayıllı Humanitar və Texnologiya Kolleci, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və ETİHİ İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Marafon Şəhidlər Xiyabanı – Mərkəzi Meydan marşrutu üzrə baş tutub. Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə şəhid ailələrinin üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafis Kərimov çıxış ediblər.

Çıxış edənlər Zəfər Gününün milli birliyimizin və dövlətçiliyimizin rəmzi olduğunu, bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.

Tədbirə “Tərəqqi” medallı, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva öz bənzərsiz ifası ilə xüsusi rəng qatıb.

Marafonun qalibləri təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Bu əlamətdar tədbirin keçirilməsində məqsəd gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması, Zəfər Gününün əzəmətinin gənc nəsil arasında təbliği, eləcə də sağlam həyat tərzinin və idmana marağın artırılması olub.

Keçidlər