Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda səyyar qəbullar davam edir

08 dekabr 2022 | 19:10

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul İsmayıllı rayonunun Diyallı kəndində keçirilib. Qəbulda Güyüm və Sədiyan kəndlərindən olan sakinlər də iştirak edib.

Qəbulda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul şəxsləri, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.

Qəbulda çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.

Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilibdir.

Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər