Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda məişət zorakılığı ilə bağlı tədbir keçirilib

16 dekabr 2025 | 17:42

İsmayıllı rayonunda məişət zorakılığının qarşısının alınması və bu sahədə maarifləndirmənin gücləndirilməsi məqsədilə tədbir təşkil olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon

Prokurorluğu, Rayon Polis şöbəsi, şəhər bələdiyyəsi, məktəb psixoloqları, ictimaiyyət nümayəndələri və ekspert qrupunun üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər məişət zorakılığının hüquqi və sosial nəticələri, zərərçəkmiş şəxslərin müdafiə mexanizmləri, eləcə də mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu cür halların qarşısının alınmasında erkən müdaxilə, maarifləndirmə və qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində iştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər də paylanılıb.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda məişət zorakılığını törədən səbəblərin monitorinqi məqsədilə sorğular keçirilib.

Keçidlər