İsmayıllıda abadlıq-quruculuq işləri aparılır
Cari ilin başa çatmasına sayılı günlər qalıb. 2022-ci ildə İsmayıllıda əhəmiyyətli işlər görülmüş, bunun üçün rayonun daxili imkanlarından maksimum istifadə olunmuşdur.
Rayonun Natavan küçəsində yerləşən 48 mənzilli binanın zirzəmi hissəsində pəncərələrə metal barmaqlıqlar vurulmuş, həmin binanın dağılmış divarlarına suvaq qatı və dekorativ daşlar vurulmuşdur. H. Əliyev prospekti, V. Osmanov və M. F. Axundov küçəsindəki binaların fasad örtüyü suyadavamlı boya ilə rənglənmiş giriş qapıları təmir olunmuşdur. Bundan əlavə N. Gəncəvi küçəsində sakinlərin müraciətlərini nəzərə alaraq məhəllə daxili həyətdə yelləncək və sürüşmə avadanlığı ilə təchiz olunmuş uşaq əyləncə kompleksi quraşdırılmışdır.
Həmçinin rayonun bəzi küçə və prospektində köhnə zibil meydançalarının sanitar normalara uyğun gəlmədiyi üçün sakinlərin müraciətləri nəzərə alınaraq müasir tipli məişət tullantılarının yığılması üçün meydançalar quraşdırılır.