Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Od çərşənbəsi böyük coşqu ilə qeyd olunub

04 mart 2026 | 12:24

İsmayıllı sakinləri Novruzun müjdəçisi olan Od çərşənbəsini birlik və həmrəylik şəraitində qarşılayıblar. Tədbirdə ənənəyə uyğun olaraq tonqal qalanıb, iştirakçılar alov ətrafında bir araya gələrək bayram sevincini bölüşüblər.

Bayram münasibətilə təşkil olunan sərgidə Novruz təamları və atributları nümayiş etdirilib. Süfrələrdə səməni, şirniyyatlar və digər milli nemətlər yer alıb, qədim adət-ənənələrimiz bir daha yaşadılıb.

Eyni zamanda tədbir çərçivəsində musiqi proqramı təqdim olunub, folklor qrupunun rəngarəng çıxışları iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Milli musiqi və rəqslər bayram ab-havasını daha da zənginləşdirib.

Od çərşənbəsi xalqımızın zəngin mədəni irsinin, milli dəyərlərə bağlılığının və bahara olan inamının parlaq təcəssümüdür.

Keçidlər