İsmayıllıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə İsmayıllı rayon Uşaq Səfirləri Məclisinin nümayəndələri görüş keçirildi
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və İsmayıllı rayon Uşaq Səfirləri Məclisinin nümayəndələrinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2026-cı ilin Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamının icrası və “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Şagirdlərin gözü ilə Heydər Əliyev irsi və Heydər Əliyevin mədəni irsimizin öyrənilməsində rolu” mövzusunda tədbir, həmçinin tədbirdə iştirak edən rayon məktəblərinin seçilmiş şagirdlərindən ibarət Uşaq Səfirləri Məclisinin üzvləri üçün Ulu Öndərin irsinin öyrənilməsi ilə bağlı ekskursiya keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən müəssisələr, Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri və rayon ümumtəhsil məktəblərini əhatə edən məktəblərin fəal üzvlərindən ibarət 40-a yaxın şagird və müəllim heyəti iştirak edib.






