Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda uşaqlar üçün Yen il şənliyi təşkil olunub

27 dekabr 2022 | 18:16

İsmayıllı Uşaq-Gənclər Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlar üçün bayram şənliyi təşkil edilib.

Tədbirdə iştirak edən RİH başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarına və uşaqlara RİH başçısı Nahid Bağırovun təbrik və arzularını çatdırıb. O, çıxışında qeyd edib ki, 31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uşaqları çox sevdiyini, onlara xüsusi həssaslıqla yanaşdığını vurğulayan S. Əhmədova bu ənənənin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində bu gün uşaqlar müasir standartlara cavab verən bağça və məktəblərdə təhsil alırlar.  RİH başçısının müavini tədbirdə əziyyəti keçən hər kəsə öz minnətdarlığını da bildirib.

İsmayıllı Uşaq-Gənclər Mərkəzi nəzdində fəaliyyət göstərən dərnək üzvləri tərəfindən “Qış nağılı” adlı əyləncəli tamaşa nümayiş etdirilib. Həmçinin İsmayıllı şəhər 1, 2 və 3 saylı bağça uşaqlarının ifa etdikləri mahnılar, təqdim olunan rəqslər və səhnəciklər, eləcə də Şaxta baba və Qar qız, nağıl personajları kiçik yaşlı tamaşaçıların alqışları ilə qarşılanıb. Uşaqlar Yeni il küknarı ətrafında dövrə vuraraq, mahnı və şeirlər ifa ediblər. Uşaqlara hədiyyələr paylanıb.

Yeni il şənliyi uşaqlarda xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.

Bayramınız mübarək, əziz fidanlar!

Keçidlər