Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib

20 aprel 2026 | 15:10

İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, İsmayıllı Rayon Təhsil Sektoru və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, bölmənin əməkdaşı Aydın Səmədov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov, Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Elmar Rəşidli, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin direktoru Vasif Abdullayev, həmçinin məktəb-liseyin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm və radikalizmin cəmiyyətin sabitliyinə ciddi təhdid yaratması, insanlar arasında ayrı-seçkilik və qarşıdurma mühitini formalaşdırması qeyd edilib. Bu cür zərərli ideologiyaların dinin mahiyyətinə zidd olaraq, onu yanlış şəkildə təqdim etməsi və sosial harmoniyanı pozması bildirilib. Natiqlər ailə institutunun bu məsələdə xüsusi rolunu önə çəkərək bildiriblər ki, sağlam ailə mühiti, düzgün tərbiyə və valideyn nəzarəti gənclərin zərərli təsirlərdən qorunmasında əsas amillərdəndir. Ailədə tolerantlıq, qarşılıqlı hörmət və milli-mənəvi dəyərlərə bağlılıq formalaşdırılmalıdır. Daha sonra radikalizmə qarşı mübarizənin hüquqi aspektlərinə toxunulub, bu sahədə görülən tədbirlər və qanunvericilik bazası haqqında məlumat verilib. Əlavə edilib ki, dini radikalizmə qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalı, həm də maarifləndirici və preventiv yanaşmalar gücləndirilməlidir. Cəmiyyətin bütün üzvləri bu məsələdə birgə məsuliyyət daşıyır və sağlam gələcək üçün birgə fəaliyyət vacibdir.

Tədbir diskusiya şəklində davam etdirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər