Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda keçirilən qanvermə aksiyası humanitar dəyərlərin və həmrəyliyin bariz nümunəsinə çevrildi

29 aprel 2026 | 17:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” təşəbbüsünə dəstək məqsədilə təşkil olunan bu aksiya yüzlərlə insanı xeyirxah bir amal ətrafında birləşdirdi.

“Sən də bizə qoşul, qanınla can ver!” şüarı ilə baş tutan tədbirdə iştirak edən şəhid ailələri, qazilər, idarə və müəssisə əməkdaşları, rayon sakinləri, könüllülər tibbi müayinədən keçərək sağlam şəkildə qanvermədə iştirak etdilər.

Aksiya İsmayıllı Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şəki bölməsi və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirildi.

Tədbir zamanı rayon rəssamları bu xeyirxah prosesi rəsm əsərlərində əks etdirərək aksiyaya xüsusi mənəvi rəng qatdılar.

Unutmayaq: bir damla qan – bir həyat deməkdir!

Keçidlər