İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
09 iyun 2026 | 16:32
İsmayıllıda Dövlət Proqramının icrası ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin, SHÇDX-nin İsmayıllı Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə 4 saylı şəhər tam orta məktəbdə “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi və qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verilib.
Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini bildirmiş, tədbir qarşılıqlı dialoqla yekunlaşıb.






