Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda daha bir səyyar qəbul baş tutub

30 yanvar 2023 | 16:28

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Buynuz kəndində səyyar qəbul keçirib.

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər