İsmayıllıda Beynəlxalq “Sülh Günü” münasibətilə tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə“Sülh aylığı” çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Sülh və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, habelə sülh və insan hüquqları mədəniyyətinin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xüsusilə gənc nəslin sülh ruhunda tərbiyə olunması, qarşılıqlı hörmət, humanizm, tolerantlıq, vətənpərvərlik və məsuliyyət hisslərinin aşılanması, gələcəkdə daha sağlam və həmrəy cəmiyyətin formalaşması barədə məlumat verilib. Tədbirin əsas məqsədi cəmiyyətdə sülh, həmrəylik, tolerantlıq dəyərlərinin təbliği, xüsusilə uşaqlar və gənclər arasında sülh mədəniyyətinin formalaşdırılması, onların sülhün qorunmasında və təşviqində fəal iştirakının dəstəklənməsi idi. Tədbir qarşılıqlı dialoqla yekunlaşıb.






