İsmayıllıda 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub
İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə RİH başçısı Nahid Bağırov, RİH-nin əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının sədri, şəhid anası, qazilər və rayonun fəal gəncləri iştirak edib.
Əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub, önünə gül dəstələri qoyulub. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon rəhbəri Nahid Bağırov bütün gəncləri təbrik edərək, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir, gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar. O qeyd edib ki, 44 günlük müharibədə də qələbəmizi təmin edən gənc nəsil ən yüksək vətənpərvərlik hisslərinə malikdir.
Çıxışlarda gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıblıb, əldə olunan uğurlardan danışılıb. Bildirilib ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.
Tədbirdə həmçinin rayonun fəal gənci Ülvi Osmanov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə bir qrup gənc rayonun ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə təltif olunub. Sonda xatirə şəkli çəkilib.