Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda yol infrastrukturu yenilənir

21 oktyabr 2026 | 11:10

İsmayıllı şəhərində küçə və yolların yenilənməsi, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Aparılan işlər çərçivəsində Mirzə Fətəli Axundov küçəsində yolun əsaslı təmiri yekunlaşıb və bu gündən etibarən küçə sakinlərin istifadəsinə veriləcək.

Bununla yanaşı, sakinlərin müraciətlərində tez-tez gündəmə gətirilən Nəriman Nərimanov küçəsində mövcud daş örtüyü sökülür, yolun müasir asfalt örtüyü ilə yenilənməsi istiqamətində işlər aparılır.

Ümumilikdə, İsmayıllı şəhərində 15 küçə və dalanın əsaslı təmiri nəzərdə tutulur.

İsmayıllının daha abad olması, yolların yenilənməsi və sakinlərimizin rahatlığının təmin edilməsi istiqamətində işlərimizi ardıcıl şəkildə davam etdiririk.

Keçidlər