Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Zəfər Günü münasibətilə bayram ziyafəti təşkil olunub

08 noyabr 2026 | 16:43

8 Noyabr – Zəfər Günü münasibətilə İsmayıllı rayonunda bayram ziyafəti təşkil olunub.

Ziyafətdə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon ağsaqqalları, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra bayram ziyafəti musiqili proqramla davam edib. Niyal instrumental ansamblının üzvlərinin ifasında səslənən xoş musiqilər, müğənnilərin ifa etdiyi vətənpərvərlik və bayram ruhlu mahnılar, eləcə də rəngarəng rəqslər iştirakçılara xoş anlar yaşadıb.

Zəfər Gününün sevincini bir arada bölüşən tədbir iştirakçıları səmimi bayram ab-havasında bir araya gəliblər. Ziyafətin sonunda şəhid ailələrinin üzvlərinin iştirakı ilə bayram tortu kəsilib.

Bu əlamətdar gün xalqımızın birliyinin, həmrəyliyinin və Vətənə olan sonsuz sevgisinin təntənəsidir.

Bayramınız Mübarək!

Keçidlər