Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda maarifləndirici tədbir keçirilib

21 fevral 2023 | 17:39

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə İsmayıllı RİH-nin və DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin məsul əməkdaşı, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəznin direktoru, müəllim və tələbələr iştirak ediblər. Çıxışlar zamanı Azərbaycançılıq ideologiyası, ölkəmizin müstəqillik tarixi və bu dövr ərzində mənəvi dəyərlərimizin qorunması və inkişafından bəhs edilib.

Milli-mənəvi irsimizin təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışılıb. Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş olunub və sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər