Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Xocalı Soyqırımının 31-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirilib

24 fevral 2023 | 18:03

Fevralın 25-də İsmayıllı rayon Gənclər İdman İdarəsi, İsmayıllı Təhsil sektoru, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kolleci, İsmayıllı Dövlət Peşə Tədris Mərkəzi, İsmayıllı rayon Mərkəzi Kitabxanasında eləcə də digər idarə və müəssisələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlər zamanı Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, Xocalı faciəsi tarixdə misli bərabəri olmayan, insanlığa sığmayan bir qətliamdır. Bildirilib ki, ötən əsrin 90-cı illərində Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı aktı heç vaxt xalqımızın yaddaşından silinməyəcək: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirdiyi təbliğat kampaniyası çərçivəsində keçirilən tədbirlər nəticəsində Xocalı soyqırımı barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

 Çıxışlardan sonra Xocalı Soyqırımına həsr olunmuş film, video çarxlar nümayiş olunub, məktəb şagirdləri faciəyə həsr edilmiş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Keçidlər