İsmayıllıda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Mart ayının 15-də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və kollektivləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirakı ilə rayonda ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı 3000 ədəd ağac əkilib.
İsmayıllı rayonunun “ağciyəri” sayılan yaşıl guşələrin dairəsi genişləndirilir, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir.