Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin anım günü qeyd olunub

15 sentyabr 2023 | 11:22

2022-ci ilin 12–14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zaman şəhidlik zirvəsinə ucalan şəhid Cavidan Bədəlovun anım günü İsmayıllı rayonu Talıstan kəndində qeyd olunub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri,kənd sakinləri iştirak ediblər. Öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,Dövlət Himni səsləndirilib,şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidlərin valideynlərinə, yaxınlarına başsağlığı verib, şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.

Məlumat üçün bildiririk ki, şəhid Cavidan Bədəlov 44 günlük Vətən müharibəsində də iştirak etmişdir. O ,Vətən müharibəsindən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, ölümündən sonra isə “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Keçidlər