Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin anım günü qeyd olunub

18 sentyabr 2023 | 10:02

2022-ci ilin 12–14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zaman şəhidlik zirvəsinə ucalan XTQ-in leytenantı şəhid Elnur Səmədovun anım günü İsmayıllı şəhərində qeyd olunub.

Şəhid Elnur Səmədov 2016-ci ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir. Həmin döyüşlərdən sonra o “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Elnur Səmədov 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərində daha sonra isə 44 günlük Vətən müharibəsində də iştirak edib. Vətən müharibəsindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, ölümündən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

 Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər