Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin anım günü qeyd olunub

18 sentyabr 2023 | 10:17

2022-ci ilin 12–14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zaman şəhidlik zirvəsinə ucalan şəhid Qədim Xəlilovun anım günü İsmayıllı rayonu Hacıhətəmli kəndində qeyd olunub.

Mərasimdə RİH başçısının müavinləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri iştirak ediblər. Öncə şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin valideynlərinə, yaxınlarına başsağlığı verib, şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan söz açıblar. Hacıhətəmli kənd tam orta məktəbin şagirdləri şəhidə həsr etdikləri şeirlər səsələndiriblər.

Məlumat üçün bildiririk ki, şəhid Qədim Xəlilov ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Keçidlər