Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub

13 oktyabr 2023 | 18:20

2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Elxan Məmmədlinin bu gün cənnətdəki ilk ad günü İsmayıllı rayonu Zoğallıq kənd qəbiristanlığında məzarı yanında qeyd olunub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-in məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, kənd sakinləri iştirak edib.

Öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin valideynlərinə, yaxınlarına başsağlığı verib, Elxan Məmmədlinin göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.

Məlumat üçün qeyd edək ki, şəhid Elxan Məmmədli 13 oktyabr 1997-ci ildə İsmayıllı rayonu Zoğallıq kəndində anadan olub. Orta təhsilini Bakı şəhərində Pərviz İsmayılov adına 278 saylı məktəbdə alıb. Bakı Biznes Universitetində təhsilini davam etdirən Elxan Məmmədli daha sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan bir müddət sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kursa yazılmış, yüksək nailiyyətlə oranı bitirərək “leytenant” rütbəsi almış və zabit kimi orduda xidmətə başlamışdır. 2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Keçidlər