Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının gələcəyi üçün birgə müzakirə və ortaq baxış

25 may 2026 | 11:48

Ağsaqqalların, ictimaiyyət nümayəndələrinin, ziyalıların və müxtəlif sahələri təmsil edən sakinlərin iştirakı ilə geniş və əhatəli görüş keçirilib. Görüş zamanı İsmayıllı şəhərində 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan abadlıq, infrastruktur, şəhərsalma və sosial inkişaf layihələri geniş şəkildə müzakirə olunub.

Çıxışlarda vurğulanıb ki, şəhərin inkişafı yalnız həyata keçirilən layihələrlə deyil, eyni zamanda vətəndaşların fəal iştirakı, fikir və təklifləri ilə daha səmərəli və dayanıqlı nəticələr verir. Bu baxımdan sakinləri narahat edən məsələlərin, mövcud problemlərin və gündəmdə olan aktual mövzuların açıq şəkildə səsləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərinin dinlənilməsi gələcək planlamanın daha düzgün qurulmasına, insanların real ehtiyaclarının nəzərə alınmasına və qəbul edilən qərarların daha effektiv olmasına imkan yaradır.

Görüşdə həmçinin qeyd edilib ki, bu cür müzakirələr idarəetmə ilə vətəndaş arasında qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayır. Səsləndirilən təkliflər, aparılan fikir mübadiləsi və irəli sürülən təşəbbüslər şəhərin gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasına mühüm töhfə verib.

Səmimi və konstruktiv atmosferdə keçən görüş qarşılıqlı fikir mübadiləsi, faydalı təkliflər və qəbul olunan qərarlarla yadda qalıb. İsmayıllının daha müasir, abad və yaşanılabilir şəhərə çevrilməsi istiqamətində belə görüşlərin xüsusi əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

Keçidlər