Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının gənc istedadı beynəlxalq arenada parladı

24 aprel 2025 | 15:59

İsmayıllı rayonunun Kürdmaşı kənd sakini, 2010-cu il təvəllüdlü Nuriyeva Rəna Babək qızı Serbiyanın Luçani şəhərində keçirilən “Gimnaziada 2025” idman oyunlarında sərbəst güləş üzrə 62 kq çəki dərəcəsində qızıl medala layiq görülərək ölkəmizi layiqincə təmsil edib.

Güləş karyerasına 2022-ci ildə başlayan Rəna bu müddət ərzində müxtəlif klubdaxili və ölkə səviyyəli yarışlarda uğurlu çıxışları ilə seçilmiş, 2024-cü ildə keçirilmiş Respublika birinciliyində və Asiya çempionatında ikinci yerə layiq görülmüşdür.

İdmançımız qəbul edilərək onunla səmimi söhbət aparılmış, gələcək hədəfləri, idmana olan marağı və inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır. Rəna Nuriyevanın qazandığı bu uğur bir daha göstərir ki, İsmayıllı rayonunun gəncləri istedad və iradə ilə böyük nailiyyətlərə imza atmaq gücünə malikdirlər.

Bu münasibətlə gənc idmançımızı və onu hazırlayan məşqçiləri təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.

Keçidlər