İsmayıllının xanım atletləri qızıl və bürünc medal qazanıblar!
27 oktyabr 2025 | 17:47
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə 26 oktyabr 2025-ci il tarixdə Cəlilabadda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib.
Yarışda paytaxt idmançıları ilə yanaşı, Gəncə, Lənkəran, Astara, Cəlilabad, Xızı, Quba, Xaçmaz, İsmayıllı, Bərdə, Gədəbəy və Ordubaddan olan 150-dən artıq atlet mübarizə aparıb.
Qadınlar arasında İsmayıllı təmsilçiləri Xatirə Hidayətzadə 6 km məsafədə Azərbaycan çempionu olub, 4 km məsafədə isə Zəhra Şiraliyeva lll yeri qazanıb.
Məşqçi Bənövşə İsmayılovanı və idmançılarımızı təbrik edirik!






