Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka tarix-diyarşunaslıq muzeyinin 40 illiyinə həsr olunmuş tədbir keçirilib

31 may 2024 | 19:45

Bu gun İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Mərkəzində İvanovka tarix-diyarşunaslıq muzeyinin təsis olunmasının 40 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayyəndələri, kənd ağsaqqalları və  məktəblilər iştirak edib.

Tədbirdən öncə iştirakçılar muzeylə tanış olublar.

Muzeyin təsisçisi, təqaüddə olan tarix müəllimi Anastasiya Jabina tədbiri giriş sözü ilə açaraq  qonaqları salamlayıb, muzeyin yaranması haqqında qısa məlumat verərək İvanovka kəndinin tarixindən danışıb.

RİH başçısı Nahid Bağırov muzeyin fəaliyyətinin əhəmiyyətini yüksək qiymətləndirərək yaradılmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Muzeyin fəaliyyətinin İvanovka kəndinin tarixinin qorunub saxlanmasında və gənc nəsilə ötürülməsində mühüm rolunun olduğunu qeyd edib. İvanovka kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması daim ölkə prezidentinin diqqətində  olduğunu vurğulayıb.

Tədbir İvanovka kənd Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Slavyanoçka” folklor qrupunun  və məktəblilərin hazırladığı kompazisiya ilə davam edib.

Keçidlər