Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka–Hacıhətəmli–Mollaisaqlı avtomobil yolunda genişmiqyaslı təmir-bərpa işləri aparılır

26 sentyabr 2026 | 21:24

Vətəndaşlarla keçirdiyimiz səyyar qəbul-görüşlər zamanı yol infrastrukturu ilə bağlı qaldırılan məsələlər daim diqqətimizdə saxlanılır.

Hazırda uzunluğu 29 kilometr olan İvanovka–Hacıhətəmli–Mollaisaqlı avtomobil yolunda genişmiqyaslı təmir-bərpa və yenilənmə işləri həyata keçirilir.

Yolun tamamilə yenilənməsi istiqamətində aparılan işlər başa çatdıqdan sonra ərazidə yaşayan sakinlərin, eləcə də bu istiqamətdən istifadə edən vətəndaşların daha rahat və təhlükəsiz hərəkəti təmin olunacaq.

Sakinlərin rahatlığı və rayonun yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Keçidlər