Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 2-si Azərbaycanda Polis Günüdür

02 iyul 2023 | 10:41

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, həm cümhuriyyət, həm də Sovetlər Birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirib, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq, daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, böyük təcrübə qazanaraq, daha da möhkəmlənib.

Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır. Biz hamımız vətəndaşlarımızın sağlamlığı naminə onların atdığı qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinin və peşəkarlığının şahidi oluruq. Polis adını daşımaq şərəf və böyük məsuliyyətdir. Polislər şərəfli peşəni hər şeydən üstün tutaraq ictimai-siyasi təhlükəsizliyinin keşiyində gecə-gündüz dayanmışdır.

2 İyul - Azərbaycan Polisi Günü münasibətilə RİH-nin başçısı Nahid Bağırov İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Şəmşir Kazımov və polis əməkdaşları ilə birgə ehtiram əlaməti olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri düzüb.

Peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini, bütün polislərimizi səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik. Yaşasın Azərbaycan Polisi!

Keçidlər