İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib
İyunun 17-də nümayiş uçuşu, iyunun 18-də səhər saatlarında isə qonaqların iştirakı ilə festivalın əsas uçuşları olub.
Festivalın əyləncə proqramına həm uşaqlar, həm də böyüklər üçün müxtəlif mövzulara dair ustad dərsləri daxil edilib. İştirakçılar gildən fiqurların hazırlanması, rəngkarlıq, kukla teatrı, stolüstü oyunlar, toxuculuq və digər sahələr üzrə ustad dərslərində iştirak imkanı qazanıblar. Beləliklə, qonaqlar hava şarlarının uçuşunu izləməklə yanaşı, həm də maraqlı və əyləncəli həftəsonu keçiriblər.
Festivala rayonumuzdan Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları da dəvət alıblar. Onlar festival ərazisində təşkil edilən əyləncələrdə iştirak ediblər, böyüklərlə yanaşı uşaqların da hər zaman marağına səbəb olan hava şarlarının uçuşunu izləyiblər.
Qəhrəman şəhidlərimizin övladlarının hər birinə hədiyyələr təqdim olunub.