Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində rayonun dağlıq ərazilərində yerləşən bəzi kəndlərə zərər dəyib

04 iyul 2023 | 09:50

İyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində rayonun dağlıq ərazilərində yerləşən bəzi kəndlərə zərər dəyib.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Lahıc qəsəbəsində və Cülyan kəndində olub.

Sakinlər ilə görüşən RİH başçısı dəymiş ziyan barədə onlarla müzakirələr aparıb. Belə ki, İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Sel suları həmçinin Cülyan kəndini içməli su ilə təmin edən xətti qıraraq yararsız vəziyyətə salıb.

Hazırda həmin su xəttinin təmir edilməsi istiqamətində təxirəsalınmaz işlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər