Şriftin ölçüsü :

Saytın rəngi :

Kədərdən qürura: Xocalının 34-cü ildönümünə həsr olunmuş film nümayişi

26 fevral 2026 | 17:45

26 fevral 2026-cı  il tarixdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ekranlaşdırılan "Doğma torpaq" adlı bədii filmin nümayişi keçirilib.

Film nümayişindən əvvəl Xocalı Soyqırımının qurbanları və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov çıxış edərək Xocalı Soyqırımının xalqımızın qan yaddaşı olduğunu, bu faciənin heç zaman unudulmayacağını və unutdurulmayacağını bildirib. Şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, onların qəhrəmanlığının gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.

Film tamaşaçılara həm kədəri, həm də Zəfərdən doğan qürur hissini bir arada yaşadıb.

Keçidlər