Kəlbənd kəndində sakinlərin müraciətləri dinlənilib
RİH başçısı Nahid Bağırov hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun Kəlbənd kəndində səyyar qəbul keçirib.
Görüş iştirakçıları əvvəlcə Kəlbənd kəndində şəhid bulağını ziyarət edib önünə gül dəstələri qoyublar. Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.