Şriftin ölçüsü :

Saytın rəngi :

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə İsmayıllı rayonu, Lahıc qəsəbəsində sənətkarlıq və turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsinə dair görüş keçirilib

25 may 2023 | 18:44

Görüşdə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Dövlət Turizm Agentliyinin, Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan Regional bölməsinin, ABAD-ın, İsmayıllı RİH-nin, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfedrasiyasının, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyinin, müvafiq kredit təşkilatlarının və sahibkarlıq subyektlərinin nümayəndələri, eləcə də 40-a yaxın sahibkar iştirak edib.

Görüşü giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahin Hüseynov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihə və islahatlardan danışıb, sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərildiyini qeyd edib. Görüş zamanı sahibkarların bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübəyə yiyələnməsi məqsədi ilə təlimlərə cəlb edilməsinin əhəmiyyətindən bəhs edib. Sahibkarların qarşılaşdıqları məsələlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində işlərin sistemli şəkildə davam etdiriləcəyini vurğulayıb.

KOBİA-nın Dağlıq Şirvan Regional Koordinatorluğunun nümayəndəsi Cavanşir Məhərrəmov çıxış edərək regionların tarazlı və davamlı inkişafı, qeyri-neft sektorunun yüksəlişi, yeni istehsal müəssisələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirən dövlət başçısı İlham Əliyevin ölkədə milli sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı gördüyü işlərin İsmayıllı rayonunda da özəl sektorun dinamik inkişafına güclü təkan verdiyini vurğulayıb.

Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan bəzi problemlər yerində həll olunub, mövcud problemlərin aradan qaldırılması yolları barədə ətraflı fikir mübadiləsi aparılıb və bir sıra məsələlər müzakirə olub.

 

Görüşdə çıxış edən sahibkarlar onlara göstərilən dövlət qayğısından razılıqlarını bildirərərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.

Keçidlər