Şriftin ölçüsü :

Saytın rəngi :

Komissiyaların işinin gücləndirilməsi günün vacib məsələsidir

26 aprel 2022 | 09:37

RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” və “Qəyyumluq və himayəçilik” komissiyalarının növbəti iclası keçirilib.

Görüşdə komissiyanın sədri RİH başçısının müavini Sevil Əhmədova son dövr üçün hər iki komissiyanın işləri ilə bağlı ölkədə, eləcə də İsmayıllı rayonunda görülmüş işlər barədə ətraflı məlumat verib. Tədbirlər planına uyğun olaraq komissiyaların üzvlərinin qarşısında duran vəzifələrin vacibliyini vurğulayaraq, komissiya üzvlərinin diqqətini tədbirlər planının icrasına yönəldib. O bildirib ki, komissiyaların əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, onların hüquqlarını və qanuni mənafelərini qorumaq, davranışlarına nəzarət etmək, qanunazidd əməllərin qarşısını almaqdan ibarətdir. Bu kimi halların baş verməməsi üçün məktəb psixoloqları və uşaq birliyi rəhbərləri daima uşaqlarla iş aparmalı, problemli uşaqları vaxtında müəyyən etməli bu istiqamətdə aidiyyəti  idarə, müəssisə və təşkilatlarla əlaqəli fəaliyyət göstərməlidirlər.

Məsələ ilə bağlı komissiya üzvlərinin fikirləri dinlənilib. Mövzu çərçivəsində məktəblərdə və kənd İƏD üzrə nümayəndəliklərdə riskli ailələrlədə maarifləndirmə işinin təşkilində nümunəvi ailələrin və ziyalıların təcrübəsindən istifadə olunması təklif olunub.

Dövlət-ailə-cəmiyyət birliyi münasibətlərinin qorunması üçün vaxtaşırı müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Keçidlər