"Konstitusiya və Suverenlik İli: Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyinin inkişafı" mövzusunda konfrans keçirilib
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin akt zalında 07 may 2025-ci il tarixində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Konstitusiya və Suverenlik İli: Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyinin inkişafı" mövzusunda konfrans keçirmişdir.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nəsimi Teymurov, YAP-ın İsmayıllı rayon Təşkilatının sədri Zaur Muradov, İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva,İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov və şagirdləri, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolecinin müəllimi Əli Baxışlı və tələbələri, İsmayıllı rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, "Şahin" hərbi -idman oyununun zona birinciliyinin qalibi A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin komandası,Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin direktoru Teymur Əzizli və məktəbin xanəndə müəllimi Piralı Şıxıyev, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Niyal" instrumental ansamblı və solistləri Əməkdar Mədəniyyət işçisi, tərəqqi medallı Sahibə Abdullayeva və Rövşən Teyyubov iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etmək, onun zəngin irsini, dövlətçilik fəlsəfəsini, təhsilə və gəncliyə göstərdiyi diqqəti bir daha xatırlatmaq, bu dəyərləri gənc nəsilə aşılayaraq onların milli və mənəvi ruhda inkişafına töhfə verməkdir.
Eyni zamanda, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndərin hüquqi dövlət quruculuğunda və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindək tarixi xidmətlərini önə çıxarmaq da tədbirin əsas hədəflərindəndir.