Korrupsiyaya qarşı maarifləndirmə tədbiri keçirilib
2 dekabr 2025-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir uğurla baş tutub. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilib.
Görüşdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati iş sektorunun baş mütəxəssisi Nilufər Mursaliyeva, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədov və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, maarifləndirmə təşəbbüsləri və həyata keçirilən preventiv tədbirlər haqqında geniş məlumat veriblər.
Tədbir iştirakçılarla canlı dialoq və müzakirələrlə davam edib. Maarifləndirici görüş əməkdaşlığın gücləndirilməsi, ictimai məlumatlılığın artırılması və Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrasına dəstək baxımından xüsusi əhəmiyyət daşıyıb.






