Kürdüvan kəndində qəzalı vəziyyətdə olan elektrik dayağı bərpa olunub
10 iyul 2026 | 18:06
Kürdüvan kəndində qəzalı vəziyyətdə olan elektrik dayağının bərpası istiqamətində müvafiq işlər görülüb. Xüsusi texnika və mütəxəssislərin iştirakı ilə dayaq düzləndirilərək yenidən möhkəmləndirilib və təhlükəsiz istismarı təmin edilib.
Həyata keçirilən işlər elektrik enerjisinin fasiləsiz və etibarlı ötürülməsinin təmin olunmasına, eləcə də əhalinin təhlükəsiz elektrik təchizatına xidmət edir.
Qeyd edək ki, İsmayıllı rayonunun bütün kənd və qəsəbələrində elektrik təsərrüfatının etibarlılığının artırılması, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının bərpası və elektrik şəbəkəsinin təhlükəsiz istismarının təmin edilməsi istiqamətində müvafiq işlər ardıcıl olaraq davam etdirilir.






