Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər və yeniyetmələrlə maarifləndirici görüş keçirilib

23 fevral 2026 | 09:29

Şəhər 6 saylı tam orta məktəbində  şagirdlər və yeniyetmə gənclərlə maarifləndirici tədbir təşkil olunub.

Tədbir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rayon Polis Şöbəsi, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı əsasında baş tutub.

Görüşün əsas məqsədi yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması, çətin tərbiyə olunan uşaqların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və radikal meyilli cərəyanların yaratdığı təhlükələr barədə məlumatlandırmanın artırılması olub.

Tədbirdə çıxış edənlər gənclərin sağlam həyat tərzinin formalaşdırılmasının vacibliyini vurğulayıb, zərərli vərdişlərin fəsadlarından ətraflı bəhs ediblər. Həmçinin bildirilib ki, radikal meyilli qrupların təsirinə düşməmək üçün yeniyetmələrin düzgün istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və maarifləndirmə işlərinin davamlı aparılması mühüm əhəmiyyət kəsb edir.

Çıxışlarda çətin tərbiyə olunan uşaqlarla fərdi yanaşmanın, məktəb-valideyn-ictimaiyyət əməkdaşlığının gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr təşkil olunub.

Keçidlər